www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Home Page Site map Feedback az  |  ru
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-eng

AZƏRBAYCAN RESPUBLİKASI VƏ ONUN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI KOMPLEKSİ

Azərbaycan Xəzər dənizinin qərb sahilində, Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində yerləşəir. O, şimaldan Rusiya, şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənubdan isə Türkiyə və İranla həmsərhəddir. Əhalisi 8,5 mln. nəfər, ərazisi 86,6 min kv.km-dir. Dünyada mövcud olan 11 təbii-iqlim zonasından 9-na Azərbaycanda rast gəlinir. Respublika ərazisinin 18%-i dəniz səviyyəsindən aşağıda yerləşir. Ərazinin 39-ni düzənlik və ovalıqlar, 11,4%-ni meşə ilə örtülü sahələr təşkil edir.

Azərbaycan quru iqlimə malik (arid) zonada yerləşdiyinə görə burada kənd təsərrüfatının inkişafı həmişə süni suvarma aparmaqla mümkün olmuşdur. Ölkədə su ehtiyatlarının qıtlığı, bu ehtiyatların bölgələr üzrə qeyri- bərabər paylanmasıvə əsas əkinçilik bölgələrində torpaqların şorlaşmaya meylli olması meliorasiya və suvarma işləçrini zərurətə çevirmişdir. Bununla əlaqədar geniş miqyaslı meliorsiya və irriqasiya işləri həyata keçirilmişdir.
Keçən əsrin sonlarına yaxın ölkənin bazar iqtisadiyyatına keçməsi, aqrar sahədə islahatlara başlanılması, torpaq üzərində yeni mülkiyyət formalarının yaranması ilə əlaqədar olaraq meliorasiya və irrqasiya sahəsində də islahatlar aparıldı. Ölkədə meliorasiya və su təsərrüfatının gələcək inkişafını təmin etmək üçün normativ-hüquqi baza yaradıldı.

5 IYUN MELIORATOR GÜNÜDÜR