Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan Meliorasiya
və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti haqqında
1.Təşkilatın adı: Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti
Direktor: Ramiz Moşu oğlu Vəkilov
2.Ünvanı: AZ 1012, Bakı şəhəri, Moskva pr. 69 a
3. Əlaqə telefonu: (+994 12) 430 34 81; (+994 12) 431 08 64
3. Faks: 430 79 57
4.E-mail: tomiobm@box.az
5. Əlaqələndirici şəxs: Rəfail Əlimövsüm oğlu Məmmədov
6. Təşkilatın yaranma tarixi: 1948-ci il
7. Fəaliyyət növü və dairəsi:
50 ildən artiq fəaliyyət göstərən müstəqil müəssisədir. Müdiriyyət, bütün Azərbaycan Respublikası üzrə iri həcmli meliorasiya və su təsərrüfatı obyektlərinin (kanal, nasos stansiyaları, su anbarları, kollektor-drenaj şəbəkələri, bəndlər və s.) layihələndirilməsi və həyata keçirilməsi işlərində Sifarişçi funksiyasını yerinə yetirir. Müdiriyyət, hüquqi şəxs kimi su təsərrüfatı obyektlərinin əsaslı tikintisinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərini idarə edir.
8. Yerinə yetirdiyi işlər:
- TİƏ, layihə-smeta sənədlərinin hazırlanması, layihələrin ekspertizası və təsdiq edilməsi;
- Layihənin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının və Beynəlxalq Satınalmalar haqqında qanuna uyğun olaraq layihə, tikinti xidmətləri və avadanlıqların alınması üzrə tenderlərin keçirilməsi və müqavilələrin bağlanması;
- Obyektlərin tikintisinin maliyyələşdirilməsi məqsədilə bankda hesabın acılması, mühasibat, əməliyyat və statistik hesabatların aparılması;
- Torpaqların Dövlət ehtiyacları üçün alınması haqqında Qanununa görə, torpaq sahibkarlarına dəyən zərərin ödənilməsi;
- yerinə yetirilən işlərin keyfiyyətinə texniki nəzarət, məsləhətçi xidmətlərinin və müəllif nəzarətinin həyata keçirilməsinin təmin edilməsi;
- tikilən obyektlər üzrə lazımi sənədlərin İşçi və Dövlət Qəbul Komissiyasına təqdim edilməsi;
- Dövlət Qəbul Komissiyası ilə birgə fəaliyyət göstərir və istismara təqdim olunan obyektlər üzrə məsuliyyət daşıyır.
9. Kadr potensialı və digər müvafiq məlumatlar:
Müdiriyyətin Respublikanın müxtəlif zonalarında tikinti, torpaq, beton, dəmir-beton və digər işlərin yerinə yetirilməsi üzrə nəzarəti həyata keçirən texniki-nəzarətçiləri və “Şəmkir çay üzərində dəryaçanın tikintisi” obyekti üzrə tikintiyə nəzarət qrupu mövcuddur. Hal-hazırda müdiriyyətin tərkibində yüksək ixtisaslı və çoxillik təcrübəyə malik onlarla mühəndis fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, müdiriyyətin mütəxəsisləri Dünya Bankı, İslam İnkişaf Bankı və s. Beynəlxalq malıyyə qurumları tərəfindən “Kənd təsərrüfatı layihələrinin analizi və maliyələşdirilməsi” mövzusunda təşkil olunan seminarlarda iştirak etmişlər və banklar tərəfindən sertifikatlarla təltif olunmuşlar.