Suvarma və Drenaj İnfrastrukturunun Bərpası və Tamamlanması Layihəsinin Həyata Keçirilməsi üzrə İşçi Qrupu (LHKQ)
1.Təşkilatın adı: Suvarma və Drenaj İnfrastrukturunun Bərpası və Tamamlanması Layihəsinin Həyata Keçirilməsi üzrə İşçi Qrupu (LHKQ)
2.Ünvan: Moskva prospekti 69A, 4-cü mərtəbə
3.Telefon: (+994 12) 431-57-90 / (+994 12) 430-32-48 / (+994 12) 430-32-80
4.Faks: (+994 12) 431-65-16
5.E-mail: irrigation@azdata.net
6.Rəhbər: Akif Oruc oğlu Mustafayev
7.Əlaqələndirici şəxs: Emil Vəliyev
LHKQ, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Sədrinin 2 iyul 1998-ci il tarixli 51e saylı əmri ilə yaradılmışdır. LHKQ-də xarici investisiyalar hesabına su təsərrüfatına aid obyektlərin bərpa və tikintisinə və suvarma-drenaj sektorunun inkişafına yönəlmiş layihələrin müvafiq qaydada hazırlanması və həyata keçirilməsi işləri aparılır.
07 mart 2001-ci il tarixdən etibarən LHKQ, Dünya Bankının maliyyə dəstəyi ilə “Azərbaycanda Suvarma və Drenaj İnfrastrukturunun Bərpası və Tamamlanması Layihəsi”ni, 19 dekabr 2003-ci ildən isə “Suvarma Paylayıcı Sistemi və Onun İdarə Olunmasının Təkmilləşdirilməsi Layihəsi”ni müvəffəqiyyətlə həyata keçirmişdir.
Bu müddət ərzində qeyd edilən layihələr çərçivəsində LHKQ tərəfindən aşağıdakı işlər həyata keçirilmişdir:
1. Samur Baş Suqəbuledici Qurğusunun təmir-bərpası ;
2. SAK sistemi üzərində baş sudurulducu qurğusunun tikintisi;
3. Samur-Abşeron Kanalının (SAK) ilk 50 km-lik hissəsinin bərpası və su buraxma qabiliyyətinin artırılması;
4. SAK-ın ilk 50 km-lik hissəsində 188 km uzunluğunda təsərrüfatlararası kanalların bərpası;
5. Baş Mil-Muğan Kollektorunun (BMMK) 28 km-lik hissəsinin və onun üzərində 4 ədəd akveduk, 7 ədəd körpü, uzunluğu 71,7 km olan 7 ədəd təsərrüfatdaxili kollektorun tikintisi, eləcə də ana kollektor boyunca xidməti yolun tikintisi;
6. Araz çayı üzərində körpü və uzunluğu 8 km olan sağ və sol sahil bəndlərinin tikintisi;
7. 36,500 ha sahədə təsərrüfatlararası kollektor-drenaj sistemlərinin yenidən qurulması və bərpası;
8. 140,000 ha xidmət sahəsinə malik Bəhramtəpə Baş Hidroqovşağında və respublikanın 11 rayonunda 89 kəndi əhatə edən 22 Sudan İstifadəedənlər Birliklərinin təsərrüfatdaxili sistemlərini əhatə edən 52 min hektar ərazidə 1200 km uzunluğunda suvarma kanallarında, 542 km uzunluğunda kollektor-drenaj şəbəkəsində təmir-bərpa işləri;
9. 979 ədəd “Replok” tipli suölçən qurğu, 3269 ədəd yeni hidrotexniki qurğuların tikintisi və 970 ədəd hidrotexniki qurğuların isə təmir-bərpası.
Bundan əlavə, Dünya Bankının 2010-cu ilin sentyabr ayında təsdiq etdiyi yeni ölkə tərəfdaşlıq strategiyasının ali məqsədlərindən biri olan hərtərəfli qeyri-neft sektorunun inkişafı çərçivəsində hazırlanmış “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi”nin icrasına LHKQ tərəfindən 2011-ci ilin noyabr ayından etibarən başlanılacağı gözlənilir.
Hal-hazırda LHKQ-da layihələndirmə, tikinti, satınalmalar, maliyyə, ətraf mühit, monitorinq və qiymətləndimə sahələri üzrə 10 nəfər əsas işçi heyət çalışır.