www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə ru  |  en
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
Elektron xidmət »

Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi -
(«AzHvəM» EİB)

 

1. Təşkilatın adı: Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi («Az H və M» EİB) 

2. Ünvan: AZ 1130, Bakı şəh., 8-ci mkr., İ.Dadaşov 70A

3. Əlaqə telefonu:    (+99412) 563-54-30      

4. Faks: (+99412) 563-26-22

5. E-mail: ahliman.verdiyev@mail.ru

6. Əlaqələndirici şəxs: Verdiyev Əhliman

7. Təşkilatın yaranma tarixi, fəaliyyət növü və dairəsi: 1944-cü ildə yaradılmış Zaqafqaziya Elmi-Tədqiqat Su Təsərrüfatı İnstitutunun Azərbaycan filialının bazası əsasında 1947-ci ildə təsis edilmişdir. Birliyin nəzdində Muğan, Abşeron və Şirvan təcrübə stansiyaları, təcrübə-istehsalat müəssisəsi fəaliyyət göstərir. Birliyin əsas fəaliyyəti meliorasiya və su təsərrüfatı sahəsində mövcud olan problemlərin həlli istiqamətində elmi-tədqiqat işlərinin yerinə yetirilməsindən, müvafiq mühəndisi-meliorativ və hidrotexniki tədbirlərin işlənib hazırlanmasından və istehsalata tətbiqindən ibarətdir. Elmi-tədqiqatların əsas istiqamətləri aşağıdakılardır: Respublikanın arid zonası torpaq qruntlarının su-duz rejiminin tənzimlənməsi üsullarının və vasitələrinin işlənib hazırlanması; torpaq və su ehtiyatlarının səmərəli istifadəsini təmin edən yeni meliorativ qurğuların yaradılması, həmçinin torpaq qruntların su-duz rejiminin səmərəli idarə olunması; mövcud qurğuların və onların hesabatlarının təkmilləşdirilməsi; meliorativ tikintinin səmərəli texnologiyasının işlənib hazarlanması; hidromeliorativ sistemlərin və su təsərrüfatı komplekslərinin istismarının mütərəqqi üsullarının işlənilməsi; meliorasiya olunan torpaqların intensiv istifadəsinin və onun elmi əsaslarının işlənib hazırlanması; hidrotexniki qurğuların təkmilləşdirilməsi və yeniləşdirilməsi; suvarma rejiminin işlənib hazırlanması; su sərfiyyatının hesablama üsullarının, kənd təsərrüfatı bitkilərinin müxtəlif təbi-təsərrüfat şəraitlərində becərilmə texnikası və texnologiyasının işlənilməsi; suvarma texnikasının təkmilləşdirilməsi və sudan istifadənin normalaşdırılması; su təsərrüfatı obyektlərinin tikilməsi üçün bilgilərin hazırlanması texnologiyasının işlənilməsi.

8. Yerinə yetirilmiş işlər: Birliyin torpaqların meliorasiyası sahəsində əldə edilmiş elmi nailiyyətləri: quraqlıq zonada torpaqların su-duz rejiminin kompleks şəkildə tənzimlənməsinin elmi əsasları; şorlarşmış torpaqların əsaslı yuulması; daimi üfüqi və şaquli drenaj fonunda şorlaşmış torpaqların yuyulma texnologiyası; yüksək dərəcədə şorlaşmış ağır mexaniki tərkibli, zəif su sızdırma qabiliyyətinə malik olan torpaqlarda müvəqqəti dayaz drenlərin tətbiqi sxemləri; kimyəvi meliorantlar tətbiq etməklə şorakət torpaqların yuyulması; şorakətləşmiş torpaqların meliorasiya texnologiyasının təkmilləşdirilməsi; təmiz, minerallaşmış, dəniz və maqnitləşirilmiş sular, həmçinin elektrik cərəyanı tətbiq etməklə şorlaşmış torpaqların yuyulması; meliorasiya olunmuş torpaqlarda cari və təşkili yuma: riyazi modelləşdirmə tətbiq etməklə torpaqlarda su-duz rejiminin proqnozlaşdırılması; suvarılan torpaqlarda drenajın hesabatı; yeni drenaj konstruksiyaları; şaquli drenajın tətbiq olunması üzrə respublika ərazisinin rayonlaşdırılması; suvarılan torpaqlarda meliorativ rejimlərin formalaşması və üfüqi drenajın tətbiqinin layihə normaları və texniki şərtləri; hilromeliorativ sistemlərin yenidən qurulması və suqəbuledici qurğuların tətbiqinin əsaslandırılması üçün respublika ərazisinin geofiltrasiya üzrə rayonlaşdırılması.

Birliyin suvarma sahəsində əldə edilmiş elmi nailiyyətləri: respublikanın təbii-təsərrüfat zonalarında suvarma norması, kənd təsərrüfatı bitkilərinin suvarma norması və suvarma rejiminə görə ərazinin rayonlaşdırılması; şırım, zolaq, damcı üsulu, müxtəlif suvarıcı ğurğular («Voljanka», «Kuban», DDN, aerozol, sinxron və s.) tətbiq etməklə suvarma texnikası və texnologiyası; minerallaşmış dəniz və drenaj sularının kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadəsi; dağlıq və dağətəyi şəraitdə su eroziyası proseslərinin və səth axıntısı intensivliyinin hesabatı üzrə metodik tövsiyələr; səthi suvarmada irriqasiya eroziyasının proqnozu; meliorasiya elminin nailiyyətləri əsasında respublika ərazisində kənd təsərrüfatı bitkilərindən proqnozlaşdırılmış məhsul alınması metodikası.

Birliyin hidrotexnika sahəsində əldə edilmiş elmi nailiyyətləri: çayların sərflərinin nizamlanmasının texniki vasitələri və üsulları; kompleks təyinatlı suqəbuledici hidrotexniki qurğular; dağ və dağətəyi çayların sahilqoruyucu qurğuları; dağ çayları suqəbuledici qurğuları; dağ çayları suqəbuledici qurğularla əlaqələndirilmiş selə qarşı qurğular; sel əleyhinə qurğuların istismarına aid təlimat; meliorativ və hidrotexniki qurğuların özülündə qruntların fiziki-mexaniki xassələri üzrə tövsiyələr; yarım funksional əlavəli hidrotexniki betonlar; üzvi-mineral əlavəli betonlar.

Birliyin hidromeliorativ sistemlərin istismarı, iqtisadiyyatı, tikintinin təşkili və mexanikləşdirilməsi sahəsində əldə edilmiş elmi nailiyyətləri: müxtəlif drenaj borusu və süzgəc tətbiq etməklə örtülü drenlərin tikilməsi və istismarının mexanikləşdirilməsi; hidromeliorativ sistemlərin istismarı üzrə normativ sənədlər toplusu (su anbarları, suqəbuledici qurğular, suvarma və kollektor-drenaj sisteminin istismarı üzrə texniki normalar); meliorasiya olunmuş torpaqların mənimsənilməsinin iqtisadi səmərəliliyinin təyin olunması metodu və onun yüksəldilməsi yolları; ehtiyatların qiymətləndirilməsi sahəsində su istifadəçiləri ilə münasibətlərin təkmilləşdirilməsi; meliorasiyanın inkişafının planlaşdırılması və proqnozlaşdırılması metodları; meliorasiya sahəsində elmi-texniki tərəqqinin iqtisadi əsaslandırılması; sahə üzrə aqrar istehsalatların aparılmasının normativ-hüquqi sənədləşmələrinin hazırlanması; respublikada su təsərrüfatı sistemlərinin tikintisi və istismarının ekoloji etibarlılığının yüksəldilməsi üzrə tövsiyələr və s.

9. Kadr potensiyalı və digər müvafiq məlumatlar: Birlikdə Elmi Şura və doktorantura mövcuddur. Birliyin əməkdaşlarının sayı 258 nəfər: o cümlədən 9 elmlər doktoru, 53 elmlər namizədi, 196 mühəndis, texnik, laborant və xidməti işçilər təşkil edir. Birliyin fəaliyyəti dövründə 23 elmlər doktoru və 80 elmlər namizədi hazırlanmışdır. Birlik xüsusi proqram üzrə MDB ölkələrindən Özbəkistanın, Ukraynanın, Rusiyanın, Tacikistanın və s. eyni problemlərin həlli üzərində işləyən institutları ilə sıx əlaqədə işləyir. Birliyin 50 cildlik əsərləri, 40 monoqrafiya, 2000 məqalə, istehsalata tədbiq olunan çoxsaylı tövsiyələri çap olunmuşdur.