Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu
1.Təşkilatın adı: Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu (Az.ETSPİ);
2.Ünvan: Az 1012, Bakı ş., Moskva pr-ti 69 a;
3.Əlaqə telefonu: (99412) 431-31-08, 431-69-90;
4.Faks: (99412)431-69-90;
5.E-mail: e.qanbarov@mail.ru; qanbarov@azerin.com
6.Əlaqələndirici şəxs: Qasımov Ağabala Sahib oğlu;
7.Təşkilatın yaranma tarixi, fəaliyyət növü və dairəsi: Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu Azərbaycan SSR-nin Nazirlər Sovetinin 1960-cı il 21 iyul tarixli, 572 «a» saylı qərarı ilə Azərbaycan Respublikasının Elmlər Akademiyası nəzdində suların istifadəsi, mühafizəsi və zərərli təsirinin qarşısını almaq üçün kompleks elmi-texniki tədbirlərin işlənib hazırlanması məqsədilə yaradılmışdır. İnstitut Azərbaycan Respublikası su təsərrüfatı, su ehtiyatlarının qiymətləndirilməsi, onların dayanıqlı istifadəsi və ərazilər üzrə tənzimlənməsinə aid elmi-tədqiqat işlərini yerinə yetirən dövlət elmi-tədqiqat müəssisəsidir.
8.Yerinə yetirilmiş işlər:
-su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi üçün kompleks elmi-texniki tədbirlər işlənib hazırlanmış;
-suyun keyfiyyətinin yaxşılaşdırılması və onun çirklənməsinin qarşısının alınmasını təmin edən kompleks tədbirlər hazırlanmış;
-su təsərrüfatı sistemlərinin istismar etibarlığının və ekoloci təminatı yüksəldilməsi istiqamətində elmi-mühəndisi tövsiyələr işlənib hazırlanmış;
-su təsərrüfatı kompleksinin avtomatlaşdırılmış idarəetmə sistemləri işlənib hazırlanmışdır.
9.Kadr potensialı və digər müvafiq məlumatlar: İnstitutda çalışan işçilərin ümumi sayı – 146 nəfər, elmi işçilərin sayı – 72 nəfərdir. Onlardan 5-i elmlər doktoru, 24-ü elmlər namizədidir.
İnstitutda kadr hazırlığı doktorantura vasitəsi ilə həyata keçirilir və bu aşağıdakı ixtisaslar üzrə aparılır:
-Su təchizatı, kanalizasiya və su ehtiyatlarının mühafizəsi üçün tikinti sistemləri (05.23.04);
-Hidravlika və mühəndisi hidrologiyası (05.23.16);
-Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlarının səmərəli isitfadəsi (11.00.11);
-Coğrafi və geoloji ekologiya» (25.00.36);
-Texnoloji proseslərin və istehsaların avtomatlaşdırılması (05.13.07).
İnstitutda aparılan elmi-tədqiqat işlərinin nəticələri «Su ehtiyatlarının səmərəli və kompleks istifadəsinin müasir problemləri» adlı jurnalında elmi əsərlər toplusu şəklində nəşr olunur.
Məlumatlar qısa və konkret tərtib edilməklə (1 vərəqdən çox olmamalı), redaktə və korrektə olunmuş şəkildə Word formatda Azərbaycan şrifti ilə yazılmaqla təqdim edilməlidir (çap və elektron variantda).
Təqdim edilmənin son müddəti – 15.09.2011-ci il.
Qeyd:
«Azdövsutəslaıihə» institutu, «AzHvəM» EİB-i və Az.ETSPİ mst.qov.az saytındakı müvafiq məlumatlardan istifadə edə bilərlər.