www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə ru  |  en
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
Elektron xidmət »

 Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin interten saytında yerləşdirilməsi məqsədilə tələb olunan məlumatlar 

1. Təşkilatın adı: - «Azdövsutəslayihə» institutu 
 
2. Ünvan: - İ. Dadaşov 70a
 
3. Əlaqə telfonu:  - (+99412) 563-60-5
 
4. Faks: - (+99412) 563-60-54
 
5. E-mail:  - az__dstl @mail.ru.
 
6. Əlaqələndirici şəxs: - Paşayev Elbrus Paşa oğlu
 
7. Təşkilatın yaranma tarixi, fəaliyyət növü və dairəsi:
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin inzibati tabeliyində olan Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə «Azdövsutəslayihə» institutunun əsası 1930-cu ildə qoyulmuşdur.
 
8. Yerinə yetirilmiş işlər:- İnstitut meliorasiya və su təsərrüfatı sahəsində respublikanın strateji xəttinin müəyyənləşdirilməsində vacib rol oynamışdır. Kür çayı üzərində pilləli su anbarları, Araz, Arpa, Ağstafa, Tərtər, Xan-Bulan, Əyri, Viləş və s. çaylarının üzərində onlarca su anbarları, eləcə də Bəhrəmtəpə, Samur su qovşaqları, Samur-Abşeron,Yuxarı Qarabağ, Yuxarı Şirvan, Sağ və Sol sahil Tərtər, Baş Mil, Əzizbəyov adına, Xanqızı adına və digər magistral kanallar və onların zonasında suvarma sistemlərinin yaradılması, Baş Şirvan, Baş Mil-Muğan, Muğan-Salyan və digər kollektorların, Samur-Abşeron kanalı üzərində Sitalçay və Ceyranbatan nasos stansiyaları, Əzizbəyov kanalı üzərində nasos stansiyası, Şəmkir kanalı üzərində I və II pillə nasos stansiyaları və yüzlərlə digər nasos stansiyalarını layihələndirmişdir.
 
9. Kadr potensialı və digər müvafiq məlumatlar: - Fəaliyyəti dövründə «Azdövsutəslayihə» institutu lazımi səviyyədə əsas fondu, müasir texnoloji avadanlığı, yüksək ixtisaslı mütəxəssisləri və yerinə yetirdiyi axtarış-layihə işlərinin kəmiyyət və keyfiyyətinə görə meliorasiya sahəsində respublikada yeganə dövlət institutudur.