KOLLEKTOR-DRENAJ SİSTEMLƏRİ
Respublikanın suvarılan torpaqlarının 43 faizində (609 min hektar) kompleks meliorasiya işləri aparılmışdır. 288 min hektar sahə açıq, 308 min hektar sahə örtülü, 13 min hektar sahə şaquli drenaj şəbəkələri ilə əhatə olunmuşdur.
Drenləşmiş sahələrdə 9569 km açıq, 9236 km qapalı drenaj şəbəkələri, 6157 ilkin yığıcı kollektorlar, 4678 km magistral kollektorlar (cəmi 29640 km) tikilib istifadəyə verilmişdir.

Meliorasiya olunmuş ərazilərdən drenaj suları 3 əsas magistral Baş Mil-Muğan, Baş Şirvan və Muğan Salyan kollektorları ilə Xəzər dənizinə axıdılır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında olan magistral kollektorlar
| № | Kollektrların adı | İstismara verildiyi il | Uzunluğu, km | Su buraxma qabiliyyəti,Qn- m3/san. | Xidmət etdiyi sahə, min ha | Drenaj suları axıdılır |
| Baş Mil- Muğan kollektoru | 2006 | 42 | 107 | 500 | Xəzər dənizi | |
| Baş Şirvan kollektoru | 1965 | 215,7 | 72,0 | 281,0 | Xəzər dənizi | |
| Muğan -Salyan suötürücü | 1953 | 100,9 | 36,0 | 77 | Xəzər dənizi | |
| Mil-Qarabağ kollektoru | 1964 | 152,0 | 25,0 | 115 | Baş Şirvan kollektoru |