Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin strukturu
Cəmiyyətin Nizamnaməsi və Strukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən Sədr rəhbərlik edir. Sədrin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təyin edilən 3 müavini vardır.
Səhmdar Cəmiyyətinin aparatı 84 nəfərdən ibarətdir. Onun strukturuna Bakı şəhərində və respublikanın rayonlarında yerləşən 134 idarə və təşkilat daxildir. Meliorasiya və su təsərrüfatı sistemində 22min 300 nəfər işçi çalışır.
