Xəbərlər

Cari ildə Ağcabədi rayonunda 63,0 min ha sahədə əkilmiş müxtəlif kənd təsərrüfatı bitkilərinin 40,7 min hektarı mexaniki üsulla (o cümlədən 26,7 min ha 1026 ədəd subartezian quyuları və  14 min hektarı 52 ədəd nasos stansiyası) və 22,3 min hektarı öz axını ilə (Yuxarı Qarabağ, Yuxarı Mil və Xan qızı kanalları) suvarma suyu ilə təmin olunur. 

14.10.2022

Oktyabrın 12-də Meliorasiya Elmi-Tədqiqat İnstitutunda “Davam” Gənclər Hərəkatının rəhbərliyi ilə görüş keçirilib. Görüşdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin müşaviri Əsəd Şirinov, Meliorasiya Elmi-Tədqiqat İnstitutunun direktoru Mir Mövsüm Dadaşev, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı,

12.10.2022

64 il öncə istifadəyə verilən Yuxarı Şirvan Kanalı başlanğıcını Mingeçevir Su Anbarından götürür. Kanala su baş qurğu vasitəsi ilə ötürülür, maksimum su aparma qabiliyyəti 78 m³/san-dir. 2022-ci ilin əvvəlindən bu günə kimi Yuxarı Şirvan Kanalı vasitəsi ilə anbardan 1148 mln m3  su götürülərək, 1044 mln m3-i istehlakçılara çatdırılıb. Kanal

10.10.2022

Azərbaycan Respublikasının malyariyadan azad ölkə statusunu təsdiq edən sertifikatın alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmiləri ilə görüş keçirilib. Görüş zamanı ekspertlərə Səhmdar Cəmiyyəti

06.10.2022

Əkin və bağ sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Odur ki, respublikamızın digər rayonları kimi Qubada da rayon Suvarma Sistemləri İdarəsi tərəfindən torpaqların su təminatı üçün ardıcıl tədbirlər görülür, suvarma şəbəkələri genişləndirilir, su

05.10.2022

Müzəffər Azərbaycan Ordusunun Suqovuşanı işğaldan azad etməsindən 2 il ötür. Xatırladaq ki ,Tərtər rayonunun ərazisində Tərtərçay çayı üzərində yerləşən Suqovuşan su anbarı 3 oktyabr 2020-ci ildə erməni işğalından azad edilmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə istismara verilən Suqovuşan su anbarının

03.10.2022

Ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından olan Xaçmazda fermerlərin suvarma suyu ilə təminatı istiqamətində tədbirlər davam etdirilir. Məlumat üçün bildirək ki, rayon ərazisində suvarılan torpaqların ümumi sahəsi 50 min 290 hektardır.  Bu torpaq sahələri kanallar, çaylar, qarasular və bir qisimi də artezian suları ilə suvarılır. Su

03.10.2022

Zaqatala rayonunda  əkin sahələrinin suvarılmasını təmin etmək, o cümlədən sel sularına qarşı mübarizəni gücləndirmək məqsədilə təxirəsalınmaz işlər görülür. Suvarılan torpaq sahələrinə vaxtında suyu çatdırmaq üçün torpaq məcralı kanallar lildən təmizlənir, su itkisinin qarşısını almaq üçün isə kanallara beton üzlük çəkilir. Bütün bu

30.09.2022

Masallıda suvarma mövsümü geridə qaldı. Suvarma suyunun ərazilərə maneəsiz verilməsi və izafi suları kənarlaşdırmaq üçün rayon ərazisində görülən işlər öz bəhrəsini verib. Masallı rayonunun 9892 hektar əkin sahəsinin suvarılmasını, əsasən Viləşçay su anbarının suyu təmin edir. Əkin sahələrinə verilən suyun vaxtı – vaxtında çatdırılması

28.09.2022

Saatlı rayonunda hər il olduğu kimi bu il də suvarma normalara uyğun olaraq aparılıb və artıq başa çatdırılıb. Saatlı Suvarma Sistemləri İdarəsi 60 min hektara yaxın suvarma şəbəkəsi ilə əhatə olunan sahəyə xidmət edir. İdarə sahələrin suvarılmasını ümumi uzunluğu 1400 km-dən artıq olan suvarma kanalları, 2000-dən çox sayı olan hidrotexniki qurğu,

26.09.2022

  Marafonda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəsmisi Mir Mövsüm Dadaşev Azərbaycanın “Dayanıqlı İnkişaf” istiqamətində qazandığı uğurlar haqqında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən dövlət və özəl sektorun nümayəndələrinə məlumat verib. Torpaq və suyun bərpası bazaları və texnologiyaları

23.09.2022

Meliorativ tədbirlərin vaxtında aparılması nəticəsində torpaqların münbitliyi artır. Artıq əvvəlki illərdə əkin aparılmayan sahələrdə belə müxtəlif növ kənd təsərrüfatı təyinatlı bitkilər əkilir. Uzun illər şoranlaşmaya məruz qalan torpaqlar kollektor-drenaj sistemlərinin mütəmadi təmizlənməsi ilə əkinə yararlı vəziyyətə gətirilir. Bütün bu

23.09.2022

Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan  Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi təsdiq olunan plana uyğun olaraq bir-neçə çayda məcratəmizləmə və bəndbərkitmə işlərini davam etdirir. Ümumiyyətlə idarənin fəaliyyəti xidməti ərazilərində yaşayış məntəqələrini, xalq təsərrüfatı obyektlərini

21.09.2022

Cənub bölgəsində suvarma mövsümü geridə qaldı. Suvarma suyunun ərazilərə maneəsiz verilməsi üçün Lənkəran rayonu ərazisində görülən işlər öz bəhrəsini verib. Əldə olunan yüksək məhsuldarlıq, xüsusən də strateji məhsul çay, çəltik, çiyələk və digər dənli bitkilərin yığımı bunun bariz nümunəsidir. Yuxarı Xanbulançay

19.09.2022