Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanovun sədrliyi ilə bu ildə Cəmiyyət üzrə nəzərdə tutulan İnvestisiya Layihələrinin yerinə yetirilməsi gedişi ilə bağlı iclas keçirilib.

about1

İclasda  sədr müavini Rafiq Aslanov sərəncamların və tapşırıqların vaxtı-vaxtında yerinə yetirilməsi, qarşıya çıxan texniki və digər məsələlərin operativ həll olunması, İnvestisiya layihələri üzrə keçirilən tenderlərin yekun sənədləşmə işlərinin sürətləndirilməsinin vacibliyini vurğulayıb. Daha sonra mövzularla bağlı geniş məlumat dinlənilib, mütəxəssislər arasında işlərin həll yollarına dair ətraflı fikir mübadiləsi aparılandan sonra, müvafiq qərarlar qəbul edilib.  

10.08.2022 10:14