Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə respublikanın rayonlarında pambıq sahələrinin su təminatı mövzusunda növbəti videokonfrans keçirilib.

about1

Konfransda pambıq sahələrinin su ilə təminatının mövcud hesabatı təqdim edilmiş, rayonlar üzrə suvarmanın təşkilində yaranan çətinliklərlə bağlı müzakirələr aparılmışdır. Videokonfransda Səhmdar Cəmiyyətinin şöbə və sektor müdirləri, həmçinin rayonların yerli istismar idarələrinin rəhbərləri iştirak etmişlər.
İclasda Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev pambıq sahələrinin suvarılmasının daim nəzarətdə saxlanılması, bu sahədə yerli Dövlət Aqrar İnkişaf Mərkəzləri və pambıqçılıq şirkətləri ilə əlaqəli işin təşkili, mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin vaxtında suvarma suyu ilə təmin olunması və hazırda suvarmanın təşkilində mövcud çətinliklərin vaxtında aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

06.08.2022 10:53