Hidrotexniki qurğular

Respublikamızda su ehtiyatları qıt olduğundan mövcud su ehtiyatlarının qorunması, səmərəli istifadəsi və suların zərərli təsirlərinin qarşısının alınması məqsədilə indiyə kimi 132477 ədəd hidrotexniki qurğu inşa edilmişdir. Bu qurğular çayların və digər su mənbələrinin təbii rejimlərini nizamlamaqla, eyni zamanda su təsərrüfatı obyektlərində su bölgüsünü tənzimləməklə kənd təsərrüfatı bitkilərinin istehsalını artırmaq, yüksək və dayanıqlı kənd təsərrüfatı məhsulları əldə etmək üçün torpaqların əsaslı yaxşılaşdırılmasında mühüm rol oynayır.